Ağstafa rayonunun Xətai kəndində Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Elşad Həsənovla vida mərasimi başlayıb.
E.Həsənovun ailəsinin yaşadığı evdə keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rayon ictimaiyyəti, sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Ağstafa Şəhidlər xiyabanında dəfn olunacaq.