İqtisadiyyat

Bank sektoru mənfəətini artırıb

7 fevral / 12:55 1 dəq
407912320
7 fevral / 12:55
Burada sizin reklamınız ola bilər

Azərbaycanın bank sektoru 2019-cu ildə 536,9 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankı məlumat yayıb ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 2 645,9 milyon manat (əvvəlki ilə nisbətən 14,9% çox), əməliyyat xərcləri 1 752,9 milyon manat (9,05% çox), xüsusi ehtiyatlara ayırmaları 221,3 milyon manat (35,9% az), digər gəlirləri 21,3 milyon manat (8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 156,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı