Bu ilin yanvar-may aylarında Azərbaycan 87 milyon dollarlıq tomat (pomidor) ixrac edib.
Report-un xəbərinə görə, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir.
Sənədə əsasən,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azdır.
Təkcə bu ilin may ayında isə Azərbaycan 44,7 milyon dollarlıq tomat (pomidor) ixrac edib ki, bu da illik müqayisədə 10,1% azdır.