4 iyul 2022ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Məsələ ilə bağlı “Qərb Xəbər“ə politoloq Oktay Qasımov danışıb.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirinin (XiN) İrana səfəri əlbəttə ki çox həssas bir dönəmə təsadüf edilir: “İki ölkə arasında müzakirə olunacaq çox məsələlər var. Müəyyən qədər son dövürlər münasibətlərdə keçən ilki yaşanan gərginlik çox azalıb. Müzakirə olunacaq çox məsələlər var. Bu mərtbuat konfransında Ceyhun Bayramov bildirdi ki, İranla Azərbaycan arasında mart ayında bağlanmış memoranduma görə, Zəngəzur dəhlizinin İran tərəfindən keçən hissəsindən, ilk körpünün təməli qoyulacaq. Bundan başqa Şimal-Cənub dəhlizi ilə bağlı fikirlərini açıqlayarkən bildirdi: “Artıq İran tərəfindən Astara hissədə dəmir yolunun və orada qovşağın tikilməsi məsələsinin sürətləndirilməsi qərara alınıb”. Çünkü bu, Skandinaviyadan başlayaraq Hindistana qədər yük daşımaların həyata keçiriləcək və ən əsası da dəhlizlərdən biri olacaq. Bununla bağlı müzakirələr aparılır”.
Politoloq bildirir ki, Azərbaycan XİN-in İran prezidenti ilə də görüşü oldu: “Orada müsbət mesajlar səsləndirildi. Hər halda istənilən bir görüşün dərhal nəticə verə biləcəyini gözləmək doğru olmaz. Əlbəttə ki, İranla Azərbaycan arasında qeyd etdiyimiz kimi müzakirə olunacaq məsələlər müzakirə olunur. Bu müzakirələrin nəticələrini hər halda bir müddət sonra hiss edəcəyik. Bütün halı ilə Ceyhun Bayramovun İrana səfərini müsbət dəyərləndirmək olar. Belə ki, İran Azərbaycanın Cənub qonşusudur. Orada bizim 10 milyonlarla soydaşlarımız yaşayır. Zaman-zaman münasibətlərimizdə gərginlik yaşanır. Azərbaycan bu gün regionun bütün dövlətlərinə sülh, əməkdaşlıq və tərəfdaşlıq təklifləri ilə çıxış edir. Xüsusilə bu 44 günlük müharibədən sonra və bildiyimiz kimi, Azərbaycan və Türkiyənin tərkiblərindən biri “3+3” formatı idi. Regional əməkdaşlıq formatı və İran tərəfi bunu qəbul etdi. Dünənki açıqlamada bildirildi ki, “3+3” formatının növbəti toplantısı məhz İranda keçiriləcək. Buda iki ölkə arasında münasibətlərin bundan sonra, inkişaf edilməsinə öz töhvəsini verə bilər”.
Vüsalə Kərimova