Qerbxeber.com Gürcüstan mətbuatına istinaddən xəbər verir ki, bununla bağlı Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçisnki məlumat verib.
Diplomat avropalı siyasi liderlərin qapalı qapılar arxasında müzakirə edəcəyi üç əsas məsələni sadalayıb:
– “Gürcü Arzusu” partiyası tərəfindən Aİ-yə qarşı yönəlmiş dezinformasiya və demonizasiya olacaq;
– İkinci məsələ, insan haqlarının pozulması səbəbilə Gürcüstan rəhbərliyinə qarşı mümkün sanksiyaların tətbiqi;.
– Üçüncü məsələ isə Gürcüstan vətəndaşları üçün qüvvədə olan vizasız rejimin yenidən nəzərdən keçirilməsi olacaq.
“Mən sizə təsdiq edə bilərəm ki, birigün – iyunun 23-də – Aİ-nin xarici işlər nazirləri toplanacaq. Bu, onların aylıq Xarici Əlaqələr Şurasının iclasıdır və onlar Gürcüstanda baş verən prosesləri bir daha müzakirə edəcəklər. Üzv dövlətlər istədikləri məsələləri müzakirə edə bilərlər. Dəqiq olaraq gündəmdə nə olacaq, bilmirəm, amma hazırlıq mərhələsində – aşağı səviyyədə, səfirlər səviyyəsində aparılan müzakirələrə əsaslanaraq sizə deyə bilərəm ki, üzv ölkələrin böyük ehtimalla bu üç məsələni müzakirə edəcəkləri gözlənilir:
Birinci məsələ – Gürcüstanda baş verən və xüsusilə narahatedici olan, ölkənin ali hakimiyyət orqanları tərəfindən həyata keçirilən Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiya və demonizasiyadır.
İkinci məsələ – insan haqlarının pozulmasına görə mümkün sanksiyaların tətbiqidir.
Üçüncü məsələ – Gürcü vətəndaşları üçün qüvvədə olan vizasız rejimlə bağlı məsələdir. Bu da Gürcüstanda insan haqlarının vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə əlaqədardır.
Amma bazar ertəsinə qədər gözləməliyik və xahiş edirəm, bu sualları Lüksemburqda bazar ertəsi günü Aİ-nin ali nümayəndəsinə, vitse-prezidentə ünvanlayasınız” , – deyə o, qeyd edib.