Avropa

Polşa Ukraynanın Aİ-na sürətli üzvlüyünü dəstəkləmədi

Bu gün / 15:06 1 dəq
Polşa xİn
Bu gün / 15:06
Burada sizin reklamınız ola bilər

Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavanın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü ideyasını dəstəkləmədiyini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə o, Ukraynanın Aİ-yə sürətli inteqrasiyasına qarşı çıxan Macarıstanın gələcək Baş naziri Peter Madyarın mövqeyini şərh edərkən bildirib.

Sikorskinin sözlərinə görə, Polşa da eyni fikri bölüşür və Ukraynanın tam üzvlük prosedurundan keçməli olduğuna inanır:

“Mövqeyimiz Ukraynaya məlumdur. Avropa Komissiyasının da sürətləndirilmiş üzvlüklə bağlı bəyan edilmiş mövqeyi var. Bu, baş verməyəcək”.

Radoslav Sikorski bütün namizəd ölkələrin eyni qaydalara əməl etməli olduğunu vurğulayıb: “Ukrayna da bütün şərtləri yerinə yetirməlidir, biz da zamanında bunu etmişik”.

Paylaş
Burada sizin reklamınız ola bilər