İqtisadiyyat

Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi AÇIQLANDI

14 sentyabr / 13:47 1 dəq
Pullar
14 sentyabr / 13:47
Burada sizin reklamınız ola bilər
2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq 12 mlrd. 80,4 mln. manat təşkil edib.

“Qərb xəbər” məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” (tvitter) hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 6 mlrd. 865,6 mln. manat olub.

Paylaş
Burada sizin reklamınız ola bilər