Bölgə xəbərləri

“Azəriqaz” Şəmkirdə “Açıq mikrofon” aksiyası təşkil edəcək

20 dekabr / 14:35 1 dəq
61c059d8296e961c059d8296ea163999586461c059d8296e661c059d8296e7
20 dekabr / 14:35
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü təşkil olunacaq.

“Azəriqaz” İB-nin rəhbər şəxsləri Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı