Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Azərbaycan və Macarıstan XİN rəhbərləri Bakıda görüşüb

3 fevral / 15:10 4 dəq
63dcd900d3a0f63dcd900d3a10167541785663dcd900d3a0c63dcd900d3a0d
3 fevral / 15:10
Burada sizin reklamınız ola bilər

Fevralın 3-də xarici işlər naziri Ceyhun Bayramovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

XİN-dən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayan nazir Ceyhun Bayramov, 17 dekabr 2022-ci ildə imzalanmış, özündə Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini, o cümlədən enerji təchizatının şaxələndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bu sahədə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. Əlaqələrin bu səviyyədə inkişafında iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının, xüsusilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə macar şirkətlərinin cəlb olunması perspektivlərinin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı