Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Rayonlara gediş-gəliş açılacaq?

14 avqust / 11:50 4 dəq
33a8c187 0071 3d62 a3eb 9938370ffd91
14 avqust / 11:50
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl  rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alan,  təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.

Epidemioloji vəziyyət isə sabitləşir.

Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:

“Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.

Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:

“Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:

“Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.

Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: “Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı