Bölgə xəbərləri

Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

18 sentyabr / 11:28 2 dəq
2023 09 18
18 sentyabr / 11:28
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyindən “Qərb Xəbər”ə verilən məlumata görə,

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinin və Naftalan Şəhər
Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan
oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanlılıb.
Keçirilən tədbirlər nəticəsində müyyən edilib ki, Elvin Əhmədli, Hikmət
Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun
mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günüdə
E. Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və
sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat
dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.
Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan
hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Şübhəli şəxslərdən E. Əhmədli, H. Məmişov, R. Məmmədzadə maddi
sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, hazırda A. Vəliyevin
saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2023-09-18_102538 2023-09-18_102509 2023-09-18_102521

Paylaş
Burada sizin reklamınız ola bilər