President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
6592c414 94a5 4074 b7fc d50ac14be6de
Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində
Elnur123
Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı
Financialtimes desktop min.2e16d0ba.fill 1968x942
Avropa Rusiya aktivləri üçün qərar verib, dərhal hərəkətə keçməlidir-“FİNANCİAL TİMES”
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Bakıya elə bir yerdən dəstək var ki, Zəngəzur…” – Danielyan

2 il ago
A A
Resize (15)

“Fransa ilə hərbi-siyasi əməkdaşlığın Ermənistan üçün faydalı olacağını düşünmürəm”.

“Qərb Xəbər” bildirir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, bir çox bölgələrdə geosiyasi proseslərə yön verən Böyük Britaniyadır ki, o da Azərbaycanın müttəfiqidir:

“Paris və ya Fransa bizim regionda əsas aktorlardan biri deyil, mən belə platformalarda və bu cür çıxışlarla məsələlərin həll olunduğunu düşünmürəm”.

Danielyen qeyd edib ki, Azərbaycanın siyasəti aydındır, bu, Türkiyə və Britaniya tərəfindən dəstəklənir:

“Dünyanın yenidən formalaşdırılması prosesi gedir, sərhədlərin dəyişdirilməsi dövrü gəlib çatıb. Bu, hətta Avropada, Ukrayna müharibəsində, Qəzzada və bizim regionda da baş verir, bütün Yaxın Şərqdə baş verəcək. Paşinyan isə geosiyasi vektoru dəyişməyə çalışır, çünki Rusiya regionumuzdan çıxarılır və Gürcüstanda gözlənilən proseslərdən çox şey asılı olacaq. Təsadüfi deyil ki, Gürcüstan, Moldova və Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyü məsələsi dərhal gündəmə gətirildi. Bu baxımdan bizim bölgədə də böyük dəyişikliklər və ya böyük mübarizə gözlənilir”.

Politoloq Azərbaycanın Türkiyə və Britaniyanın dəstəyi ilə hərəkət etdiyini qeyd edərək, Ermənistanın bu məntiqdən kənarda qaldığını vurğulayıb:

“Təsadüfi deyil ki, Ermənistanın rəsmi nümayəndələri əsas məsələlərin həll olunduğu Britaniyaya getmişdilər, Britaniyanın MI6-sının (kəşfiyyat qurumu) rəhbərinin aylar əvvəl Ermənistana səfəri təsadüfi deyildi. Düşünürəm ki, əsas razılaşmalar həmin səfər zamanı əldə olunub. Yəni Ermənistanın Qarabağdan çıxarılması… Hadisələrin məntiqinə görə, Ermənistan hökuməti buna çoxdan razılaşıb”.

Danielyan Zəngəzur dəhlizi məsələsinə də toxunub:

“Yollar vacib məsələdir, digər mərkəzlər kimi bizə də lazımdır, amma problem o yollara nəzarətdir. Kimin nəzarəti altında olacaq, kimlər üçün fürsət, kimin üçün təhlükədir? Əsas problem budur. Ruslar Sünikə (Zəngəzur) özlərinin nəzarət etməsini istəyirlər. Amma onlar böyük geosiyasi səhvə yol verdilər, Qarabağı strateji maraqlarına görə təhvil verdilər və Azərbaycan üzərində əsas təsir rıçaqlarını itirdilər”.

Ekspertin iddiasına görə, Ermənistandan keçən İran-Qara dəniz marşrutu Fransa üçün vacibdir:

“Bu, İran üçün də vacibdir, amma Rusiya üçün qəbuledilməzdir. Rusiyaya Azərbaycandan keçən İran-Rusiya yolu lazımdır, amma Ermənistanı itirən Rusiyanın bu yola nəzarət etmək rıçaqları olmayacaq. Britaniyanın türk dünyasına ehtiyacı var, əlbəttə, bu baxımdan Sünik türklərdə olmalıdır, ABŞ-a isə İran, Türkiyə və Rusiyaya qarşı təsir rıçağı kimi onun nəzarətində olan Ermənistan lazımdır. Çox mürəkkəb vəziyyətdir”.

Teleqraf

Son xəbərlər

Makron

Makron: Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək

08 İyul 2025
Tramp yeni

Tramp Rusiyaya qarşı sanksiyaların qəbuluna “ciddi baxdığını” bəyan edib

08 İyul 2025
Azer pakis

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

08 İyul 2025
90848c37 a500 4e65 b5f1 05f719b5413e

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

08 İyul 2025
Tramp ve netanyahu

Tramp və Netanyahu Xameneinin taleyini müzakirə edib-İDDİA

08 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.