Dünya

Gürcüstan prezidenti Zurabişvilinin “xarici təsir” qanununun ləğvi barədə iddiasını geri çəkib

24 mart / 13:23 1 dəq
Zura
24 mart / 13:23
Burada sizin reklamınız ola bilər

Gürcüstan prezidenti Mixeil Kavelaşvili sabiq prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində qaldırdığı iddiasını geri çəkib.

Qerbxeber.com xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

“Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılığa əsaslanır ki, bu da Gürcüstan dövlətçiliyinin ən mühüm prinsipinin – dövlətin milli suverenliyinin və ölkənin sabit inkişafının qorunmasına töhfə verir. Qanun xarici güclərin maraqlarını təbliğ edən təşkilatların maliyyə mənbələri barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağa xidmət edir. Müvafiq olaraq, Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusiya iddiasını rədd etmək qərarına gəlib”, – deyə prezident administrasiyasının yaydığı məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı