“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda Açıq qapı günü keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə ” Beynəlxalq Abidələr Tarixi Yerlər Günü” ilə əlaqədar Daş dövrünün yadigarı “AVEY” Dövlət Tarix-Mədəniyyət qoruğunda 16-18 aprel tarixində Açıq qapı günü elan olunur.
Sabah saat 14.30-dan etibarən başlayacaq tədbirlərdə Eksponatlardan ibarət sərgi,Abidələrimiz gənc rəssamların fırçalarında, Milli rəqslərimiz və Müxtəlif musiqi alətlərində ifalar səslənəcək.