Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olan ” Uğurlu gələcəyin üçün peşəni seç ” layihəsinin açılış mərasimi keçirilib.
Bu barədə “Qərb Xəbər”ə layihənin eksperti Xəyalə Nadir məlumat verib.
Açılış mərasimi Ağsu rayon İlxıçı kənd tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihə rəhbəri Dürdanə İslamova, təlimçi Xəyalə Nadir, məktəb direktoru Allahyar Əmirov, məktəb müəllimləri Mürsəlova Lətafət Niftəliyeva Şəkurə,digər müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri Dürdanə İslamova və təlimçi Xəyalə Nadir layihənin məqsədi haqqında ətraflı məlumat verib. Layihənin məqsədi Ağsu rayonu Ilxıcı, Sarvan, Muradlı və Hacısəmədli kəndlərin 8-11-ci sinif şagirdlərinə öz bacarıqlarını üzə çıxartmaq, güclü və zəif tərəflərini müəyyən etməklə sevdikləri peşəni seçməkdə onlara istiqamət vermək, eyni zamanda peşə təhsilinin əhəmiyyətini vurğulamaqdır. Layihə 2023- ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlayıb. Daha sonra çıxış edən məktəb direktoru və qonaqlar layihənin gedişatına uğurlar arzulayıb.