Zelenski: Ukrayna ordusu Rusiyaya vurduğu zərərin dəyəri 40 milyard dollar təşkil edir
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun PUA Qüvvələrinin yaradılmasından keçən bir il ərzində əldə etdiyi nəticələrdən danışıb.
Qerbxeber.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, pilotsuz sistemlər, əvvəllər adi silahlarla vurulması mümkün olmayan və ya çox böyük resurs tələb edən hədəfləri məhv etməyə imkan verir.
O bildirib ki, bu qüvvələrin yaradılmasından bəri müxtəlif səviyyəli Rusiya hədəflərinə vurulan zərərin ümumi dəyəri təxminən 40 milyard dollar təşkil edib.
Zelenski onu da vurğulayıb ki, ən vacib məqam müxtəlif növ zərbələrin Ukraynaya insan həyatını qorumağa kömək etməsidir./APA/





