Bölgə xəbərləri

Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirildi

16 fevral / 09:22 1 dəq
Telebeler daginti
16 fevral / 09:22
Burada sizin reklamınız ola bilər

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.

“Qərb Xəbər” Report-a istinadən xəbər verir ki, cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı