Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“Turan Tovuz” klubu mövsümü biletləri satışa çıxarıb

3e58b32b 8872 305d 845a bf557acddd11

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” klubu məhdud sayda mövsümi biletləri satışa çıxarıb. “Qərb Xəbər”əTovuz təmsilçisindən verilən məlumata görə, 2022/2023 mövsümü üçün nəzərdə tutulan 500 biletin birinin qiyməti 59 manatdır. Biletləri əldə edən fanatlar Tovuz şəhər stadionunda komandanın bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcək. Mövsümi bilet əldə edən şəxsə … Read more

İlham Əliyev media nümayəndələrini təbrik etdi

1658472565 ilham eliyev

Prezident İlham Əliyev Şuşada keçirilən Beynəlxalq Media Forumun iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev səsləndirib. Müraciətdə deyilir:  “Hörmətli media nümayəndələri! Əziz jurnalistlər! Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın … Read more

MİQ-in riyaziyyatdan təkrar imtahan vermək istəyənlər üçün qeydiyyatı başlayıb

1648880949 modern.az imtahan

Azərbaycan Təhsil İnstitutu müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə iyulun 14-də keçirilən imtahan nəticələrinin elmi statistik təhlilini başa çatdırıb. İnstitutdan “Qərb Xəbər”ə verilən məlumata görə, təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə … Read more

Azərbaycanda Milli Mətbuat Günüdür

Daa49d54 ff53 35cd 872d a008bd124bbf

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk … Read more

Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”

263f3e4e 59b6 3069 9523 7d4697a77b3c

“Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”. “Qərb Xəbər” bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan “Günün mövzusu” proqramına müsahibəsində deyib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib: “Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, … Read more

Prokurorluq Qazaxda kişinin arvadını öldürmə cəhdi ilə bağlı məlumat yayıb

с топором

Prokurorluq Qazaxda kişinin keçmiş arvadını öldürməyə cəhdi ilə bağlı məlumat yayıb. Rayon Prokurorluğundan “Qərb Xəbər”ə verilən məlumata görə, iyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi … Read more

Şəmkirdə 20 yaşlı gənc bıçaqlanıb

Images (5)

Şəmkirdə bıçaqlanma hadisəsi olub. “Qərb Xəbər”in xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü E.Əliyev mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. E.Əliyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

BMT baş katibi Türkiyəyədə səfərdə

Indir (18)

BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib. “Qərb Xəbər” xəbər verir ki, baş katib artıq İstanbuldadır. Quterreş iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasiminə qatılacaq. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. İmzalanma mərasimi İstanbulun Dolmabahçe sarayında keçiriləcək.

Politoloq: “ Bu sadəcə bir təxribatdır”

4690c10e fcba 491d b5ff f7dfccde1c4d

İraqın şimalındakı Parax kəndi yaxınlığında partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 23 nəfər yaralanıb. Bağdad rəhbərliyi məsələ ilə bağlı heç bir sübut göstərmədən Türkiyəni günahlandıraraq Türkiyə ilə İraq arasında gərginlik yaradıb. İraqlıların da Türkiyə bayrağını yandırması gərginliyi daha da artırıb. Türkiyənin Xarici İşlər Naziri açıqlamasında bildirib ki, Türkiyə Sİlahlı Qüvvələrinin İraqın Duhok bölgəsində dinc … Read more

Ş. Zəngəzurda Tikinti və İdarəetmə Xidməti bina və fərdi evlər tikəcək

Fbc5146f 4615 3456 9bf5 8c554c308b6a

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən … Read more

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

1658404477

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. “Qərb Xəbər” məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Yayda qida zəhərlənmələri: Həkim Məsləhəti

0568addc 8f91 45d1 99bf d2b09767c55f

Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir. Qidaların qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət bir saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Məsələ ilə bağlı “Qərb Xəbər”ə … Read more

II İlya: “Gürcüstan və Azərbaycan ağır günləri bir yerdə keçib”

2b9eaaaf e332 3449 8726 e72219f7f2ab

“Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib”. “Qərb xəbər” “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib. Onun sözlərinə görə, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub. Patriarx QMİ sədri ilə görüş … Read more

“Azərbaycanı İran və İsrailin çarpışma məkanına çevirmək olmaz” – Şərh

371658386996

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib. C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib. “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklərin diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz … Read more

Politoloq: Rusiya artıq səmimi addımlar atmalıdır

Rus

Azərbaycan əsgərləri icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb. Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobil yoxlanılması üçün dayandırılıb. Avtombillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib. Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil … Read more

Sabahın hava proqnozu açıqlanıb

Havaa

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Qəza

Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb. “Qərb Xəbər” bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir. Bildirilib ki, iyulun 20-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini E.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Şəmkir Rayon Polis Şöbəsində araşdırma … Read more

“Nərmin işi”ndə nə baş verir?

Nermin

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Belə ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəməyə mərhum Nərmin Quliyevanın atası Şərif Quliyevin bəzi səbəblərdən gələ bilmədiyi üçün təxirə salınıb. Növbəti məhkəmə iyulun … Read more

“Turan Tovuz”dan növbəti transfer

7050895

Yeni mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Turan Tovuz” növbəti transferini həyata keçirib. “Qərb Xəbər” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub Vüsal Məsimovu transfer edib. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb. O, komandanın heyətində 1-ci divizionda 2019/20 mövsümündə qızıl, 2020/2021 mövsümündə isə bürünc medallara sahib çıxıb. Qeyd edək ki, V.Məsimov son … Read more