Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
“Qərb Xəbər” bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, iyulun 20-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini E.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı