İraqın şimalındakı Parax kəndi yaxınlığında partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 23 nəfər yaralanıb. Bağdad rəhbərliyi məsələ ilə bağlı heç bir sübut göstərmədən Türkiyəni günahlandıraraq Türkiyə ilə İraq arasında gərginlik yaradıb. İraqlıların da Türkiyə bayrağını yandırması gərginliyi daha da artırıb.
Türkiyənin Xarici İşlər Naziri açıqlamasında bildirib ki, Türkiyə Sİlahlı Qüvvələrinin İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa bir hücumu olmayıb. Türkiyə XİN Mövlud Çavuşoğlu: “Dünyasını dəyişən 9 qardaşımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Lazım gələrsə, müalicə üçün yaralıları Türkiyəyə də gətirə biləcəyimizi dedik. Bu hücumla bağlı Türkiyəni ittiham edən və ləkələyən xəbərlər də var. Biz açıqlamamızda bunu açıq şəkildə təkzib etmişik, daha doğrusu, bütün dünya bilir ki, Türkiyə heç vaxt dinc əhaliyə qarşı əks-hücum keçirməyib. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizəmizi davam etdiririk. Dünən bu xəbər gələn kimi, təbii ki, müvafiq qurumlarımızla məsləhətləşmələr apardıq. Türkiyə Silahlı Qüvvələrindən aldığımız məlumata görə, biz heç bir mülki şəxsə hücum etməmişik. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. Əməliyyatlarımız İraqda həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücumla bağlı İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi də açıqladıq. Burada bir daha vurğulamaq istərdik: Türkiyəyə qarşı ittihamları və bəyanatları rədd edirik”.
Buna baxmayaraq, Bağdad Türkiyədəki səfirini geri çağırıb. İraqın məqsədi nədir?
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Natiq Miri bunun sadəcə Türkiyəyə qarşı bir təğribat olduğunu söyləyib. Politoloqun sözlərinə görə, bu məsələnin əsas səbəbi Türkiyənin terrorla mübarizəsidir.
“Türkiyə bu gün özünün istehsal etdiyi silahlarla istər Şimali İraq, istər Suriyada artıq teroru bitirmək üzrədir. Buda terror təşkilatlarının sponsorları olan qlobal gücləri narahat edir. Bütün dünya bilir ki, Türkiyə hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı necə həssasdır. Hətta neçə dəfə mülki əhaliyə zərər dəyməsin deyə hərbi əməliyyatları dayandırdığının da şahidiyik. Türkiyəyə qarşı ilk bəyanatı verən şəxs İraq prezdentidir. Bildiyimiz kimi bu şəxs kürd mənşəllidir ki, İsrail və ABŞ-ın maraqlarına oynayan bir kukla şəxsdir. N.Miri İran dövlətinin Türkiyənin regionda fəallaşmasını istmədiyini də qeyd edib: “Bilirsiz ki, İranın İraqda çox böyük nüfuzu var. Bu gün İraqda hegomonluq edən PKK terrorçular var ki, bu terrorçuları İran maliyyələşdirir. Politoloq Natiq Miri : “Düşünürəm ki, bu məsələlər də bir çox qüvvələrin maraqları toqquşub ki, Türkiyəni pis vəziyyət də qoymaqla, Türkiyənin qarşısını kəsməyə çalışıblar. Lakin ortada heç bir dəlil yoxdur. Heç bir dəlil olmadan Türkiyənin belə bir əməliyyat keçirtməyini necə iddiya etmək olar? Məlumdur ki, bu Türkiyəyə qarşı bir təğribatdır. Lakin belə təğribatlarla Türkiyənin qarşısını kəsmək olmaz”.
Vüqar Mehtizadə
Qərb Xəbər