Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Politoloq: Rusiya artıq səmimi addımlar atmalıdır

21 iyul / 15:12 4 dəq
Rus
21 iyul / 15:12
Burada sizin reklamınız ola bilər

Azərbaycan əsgərləri icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb.

Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd “Ural” markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtombillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məsələ ilə bağlı ‘Qərb Xəbər’ə danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, ermənilər yaxşı bilir ki, Azərbaycan ordusu istənilən vaxt xüsusi əməliyyat keçirə bilər: ‘İlham Əliyevin sonuncu çıxışından sonra Azərbaycan ordusu ona uyğun hərəkət etmək məcburiyyətində qaldı. Çünki, cənab prezident 2020-ci il Noyabr bəyannaməsinin müddəalarına əməl olunmadığını gündəmə gətirdi. Burada təkcə Ermənistanı deyil, həm də rus sülhməramlılarını günahlandırdı. Bununla bağlı hərəkətə keçən Azərbaycan ordusu həmin faktı təsdiq etdi ki, Qarabağda qeyri-qanuni məskunlaşan ermənilərə məhz rus sülhməramlıları tərəfindən silahlar daşınır.
Başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycan prezidentinin sərt çıxışından sonra ermənilər bəyan etdi ki, Sentyabrın axırına qədər hərbiçilər Qarabağdan çıxarılacaq. Hərbi çağırışçılar bu əraziyə gətirilməyəcək. Çünki, onlar yaxşı bilir ki, istənilən vaxt xüsusi əməliyyat keçirilə bilər. Əgər bu proses baş tutsa, buna heç rus sülhməramlıları da mane ola bilməyəcək. Bu mənada Qarabağda bir çox məsələlər öz həllini tapır. Müsbət proseslər də getməkdədir. Artıq Ağalı kəndinə köç başladı”.

Politoloq həmçinin, əlavə etdi ki, Lavrovun C. Bayramovla telefon görüşməsi qabaqlayıcı addımdır: ‘Lavrovun C. Bayramovla telefon görüşünə gəlincə isə, Azərbaycan tərəfinin söylədiyi fikirlər təsdiqini tapdığına görə təbii ki, Lavrov tələsik Azərbaycan Xarici İşlər Nazirliyinə zəng edib. Nazirlərin arasında nə danışıq olduğu barədə bir açıqlama yoxdu. Amma, düşünürəm ki, ümumi məsələr müzakirə olunub. Bu da diplomatik gedişdi. Hər iki dövlət nümayəndələri bu görüşün məğzini aça bilməzlər. Amma, görünür ki, Lavrovun zəng etməsini bir növ qabaqlayıcı addım hesab etmək olar.
Düşünürəm ki, Rusiya da bəyannamənin 43 müddəasına əməl etmək üçün artıq səmimi addımlar atmalıdır’.

Rahib İsgəndərli
Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı