Dünya

Abbas Araqçi: Biz ABŞ-la problemi danışıqlar yolu ilə həll etməkdə qətiyyətliyik

2 may / 09:17 1 dəq
Indir 2025 05 02t091716.610
2 may / 09:17
Burada sizin reklamınız ola bilər

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran nüvə proqramı ətrafındakı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməkdə qərarlıdır.

Qerbxeber.com xəbər verir ki, bu barədə o, ABŞ və İran arasında keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundunun təxirə salınmasına münasibət bildirərkən deyib.

“Omanlı və amerikalı tərəfdaşlarla birgə qərara gəldik ki, dördüncü danışıqlar raundunu logistika və texniki səbəblərə görə təxirə salaq. İran tərəfinin mövqeyində heç bir dəyişiklik yoxdur — biz problemi danışıqlar yolu ilə həll etməkdə qətiyyətliyik”, – nazir “X” hesabında yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər