Kateqoriyasız

“Qarabağ”ın yeni transferi Bakıya gəlib

6 sentyabr / 12:12 1 dəq
3a19ec4d 6544 4933 8b10 a682d9552a35
6 sentyabr / 12:12
Burada sizin reklamınız ola bilər

“Qarabağ” klubunun İngiltərə “Bornmut”undan icarəyə götürdüyü qapıçı Asmir Beqoviç artıq Azərbaycandadır. 

Klubun rəsmi saytının məlumatına görə, bosniya və herseqovinalı qolkiper bu gün səhər saatlarında London – Bakı reysi ilə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda bir qrup azarkeş qarşılayıb. 32 yaşlı oyunçunun sabahdan yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir. Onun adı UEFA Avropa Liqasının qrup  mərhələsinin oyunları üçün sifariş olunub.

Qeyd edək ki, Asmir Beqoviç “Bornmut”dan bu ilin sonunadək icarəyə götürülür.

Paylaş
Burada sizin reklamınız ola bilər