Dünya

ABŞ Azərbaycan-Ermənistan sülh səylərini güclü şəkildə dəstəkləyir

31 iyul / 09:45 2 dəq
Aedd30bd 113f 3c22 830e c70c6d3d576b
31 iyul / 09:45
Burada sizin reklamınız ola bilər

Biz Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə inkişaf etdirdiyi sülh səylərini güclü şəkildə dəstəkləyirik.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində “Avropanın Gələcəyi” barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.

“Rusiya sülhün baş vermədiyinə əmin olmağa çalışır. Rusiya çalışır ki, orada baş verən hər şey onun şərtləri əsasında reallaşsın. Düşünürəm ki, hər iki ölkə, doğrusu bu (Rusiya -red.) iştirakdan bir qədər məyusdurlar. Biz çox çalışırıq ki, ifadə olunan sülh istəyi razılaşmada özünü göstərsin. Sülh sazişinin niyə bu qədər vacib olduğu haqqında daha bir şey deyəcəyəm. Xəritəyə baxın, bütün Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir. İndi onların qlobal marketə yeganə çıxışları əsas etibarilə Rusiya və ya Çindən keçir. Əgər biz Azərbaycan və Ermənistandan keçən marşrut aça bilsək, o zaman onların qlobal bazarlara çıxışı olacaq. Bu zaman da Rusiya və Çindən daha az asılılıq olacaq. Beləliklə, bütün bunlar, yenə də ölkələrə qlobal bazarlara çıxmaq üçün öz yollarını seçmək imkanı vermək deməkdir”, – deyə O’ Brayn vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər