Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Xankəndidə gecə nələr baş verib? – Təcili toplantı

23 may / 09:46 2 dəq
Xankendi yenii
23 may / 09:46
Burada sizin reklamınız ola bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb.

“Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb.

Erməni mənbələr yazır ki, separatçılar arasında ciddi narahatlıq yaranıb.

“Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, – məlumatda qeyd olunub.

Separatçıların qondarma bəyanatı gecə saatlarında yayımlanıb. Bəyanatda Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, Paşinyan ittiham olunur.

Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazı qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi, buna məcbur qaldıqlarından xəbər verir.

Erməni mənbələr gecə saatlarında keçirilən təcili toplantının digər məqsədinin Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi idi. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar.

Digər məlumatlara görə, Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Bildirilib ki, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı