Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə hansıdır?

1 avqust / 16:12 2 dəq
Sosial şəbəkə
1 avqust / 16:12
Burada sizin reklamınız ola bilər

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Instagram” olub.

Qerbxeber.com bildirir ki,  bu barədə “APA-Economics” “StatCounter”a istinadən xəbər yayıb.

Bu dövrdə “Instagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 34,01% təşkil edib. Bu isə cari ilin iyun ayı ilə müqayisədə 1.94 faiz bəndi çox, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4,15 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 31,73% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 5,65 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 8,85 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 15,31% payla “Youtube” olub. Bu, iyun ayı ilə müqayisədə 5,26 faiz bəndi az, illik müqayisədə 4,13 faiz bəndi çoxdur.

Ötən ay “X” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 2,58 faiz bəndi, illik 0,4 faiz bəndi azalaraq 7,1%-ə çatıb. Dövr ərzində “X” sosial şəbəkəsi istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Ötən ay “Pinterest” sosial şəbəkəsi siyahıda 5-ci yerdə qərarlaşıb. Şəbəkənin ölkəmizdəki bazar payı aylıq 0,08 faiz bəndi artıb, illik 7,78 faiz bəndi azalıb.

İstifadəçi sayına görə, altıncı yeri 2,56% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,19 faiz bəndi azaldıb, illik 0,38 faiz bəndi artırıb.

İyul ayında “Linkedin” sosial şəbəkəsi 1,18% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,18% artıb, illik 0,23% azalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı