Bölgə xəbərləri

Şəmkirdə avtomobil aşdı-Yaralılar var

5 oktyabr / 10:38 1 dəq
Qəza mashin
5 oktyabr / 10:38
Burada sizin reklamınız ola bilər

Şəmkirdə minik avtomobilinin aşması nəticəsində xəsarət alanların adları məlum olub.

Qerbxeber.com APA-nın məlumatına əsasən xəbər verir ki, xəsarət alanlar Bərdə rayon sakinləri; 1995-ci il təvəllüdlü N. İsmayılova, 1995-ci il təvəllüdlü S. Bayramov, 1964-cü il təvəllüdlü C. Mirzəyeva, 2014-cü il təvəllüdlü M. Bayramzadə, 2016-cı il təvəllüdlü A.Bayramzadə və 2019-cu il təvəllüdlü Y Bayramzadədir.

Xatırladaq ki, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi “Toyota Prius” markalı avtomobili aşırıb.

Hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı