Hadisə

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb

15 fevral / 09:29 1 dəq
63e8f39ab025f63e8f39ab0260167621109863e8f39ab025d63e8f39ab025e
15 fevral / 09:29
Burada sizin reklamınız ola bilər

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.

“Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm”, – Ərdoğan vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər