Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Erməni qruplaşma Qazaxın bu kəndinə girəcəyini elan etdi

9 mart / 23:59 2 dəq
Eskipara
9 mart / 23:59
Burada sizin reklamınız ola bilər

Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır.

Qerbxeber.com  GlobalInfo.az-a istinadən xəbər verir ki, bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.

Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır.

Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.

“Martın 17-də Yuxarı Əskipara kəndində görüşəcəyik”, – “Döyüş qardaşlığı”nın mesajında ​​deyilir.

Xatırladaq ki, Qazaxın 7 kəndi ( Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir.

Bir müddət əvvəl Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılmış, daha sonra sərbəst buraxilmışdılar. Erməni mənbələri yazırdı ki, onlara sözügedən kəndə girmək qadağan edilib və buranın Azərbaycana təhvil veriləcəyi deyilib.

Rəsmi İrəvan 17 martdakı qanunsuz “ekskursiya”ya icazə versə, bu, sülh prosesinə vurulan növbəti zərbə olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı