Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Gəncədə Atatürkün anım günü keçirilib

858c7bf5 e277 33f7 93be 79a4125258cd

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib. “Qərb Xəbər”in “Report”a məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli rəsmilər, şəhər ziyalıları və bu şəhərdə təhsil alan türkiyəli tələbələr və iş adamları iştirak ediblər. Çıxışçılar Atatürkün həyatından söhbət … Read more

Dinozavr kəlləsi 20 milyon dollara hərraca çıxarıldı

315113063 972156340853928 4219881641763774992 n

“Maksimus” ləqəbli dinozavrın təxminən iki metr uzunluğundakı kəllə sümüyü Nyu Yorkdakı “Sotheby’s” hərracına çıxarılıb. Artefakt 20 milyon dollar dəyərində qiymətləndirilib. “Sotheby’s”in məsləhətçisi Henri Qallianonun sözlərinə görə, 76 milyon il əvvəl indiki Şimali Amerika ərazisində yaşamış Qorqozavrın  kəlləsi Cənubi Dakotada tapılıb və yaxşı qorunub saxlanılıb. Relikt Roma imperatoru və sərkərdəsi Maqnus Maksimusun (335 – 388) şərəfinə … Read more

Tovuzun Ağdam yaşayış məntəqəsi atəşə tutulub

636b392d2b71f636b392d2b7201667971373636b392d2b71d636b392d2b71e

Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 2:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif … Read more

Dünyada ilk dəfə süni qan köçürüldü

Qan

İngiltərədə alimlər süni qan istehsal ediblər. “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar laboratoriyada istehsal etdikləri süni qanı insanlara köçürüblər. Kök hüceyrələrdən yetişdirilən qanın xüsusilə talassemiya və oraq hüceyrə xəstəlikləri üçün böyük üstünlük təmin edəcəyi bildirilib.

İsrailin müdafiə naziri: “İrana zərbə endirmək imkanımız var”

B76f5b33 b90b 304e affe df397d64e893

“İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq”. “Qərb Xəbər” “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib. “İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu … Read more

Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb

Bıçaq

Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb. “Qərb Xəbər” “Report”a istinaddən bildirir ki, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb. O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Qazaxda Zəfər Gününə həsr edilmiş tədbir təşkil olunub

Ea66170491126c7be5477a4060813539.jpeg

Qazax rayonunda Zəfər Gününə həsr edilmiş tədbirlər təşkil olunub “Qərb Xəbər” bildirir ki, rayonda şeir, rəsm, esse, məqalə müsabiqələri, silsilə bilik və idman yarışları keçirilib. Eyni zamanda Şəhidlər Xiyabanına, “Qarabağ Azərbaycandır!” abidə kompleksinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil olunub. Bununla yanaşı, Zəfər Gününə həsr olunmuş bayram konserti də təşkil olunub. Qazax Rayon Mədəniyyət Mərkəzinin … Read more

Şəmkirdə ofisdən və mağazalardan oğurluq edilib

B2b86a7e c356 3d6f 896c cebf8221c648

Şəmkir rayonunda 2 mağaza və 1 ofisdən oğurluq edilib, saxlanılan var. “Qərb Xəbər”in məlumatına görə, müxtəlif vaxtlarda rayon ərazisindəki mağazaların birindən 1 190 manat pul, 5 ədəd mobil telefon, noutbuk və məişət əşyaları, digər mağazadan noutbuk, tütün məmulatı, bir ofisdən isə noutbuk oğurlanıb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən … Read more

Rəşad Dağlı qətl törətdi

Resad dagli

Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) İsgəndər adlı şəxsi qətlə yetirib. “Qərb Xəbər” Yenipress.az-a istinadən xəbər verir ki, o, qətl törətdikdən sonra polisə gələrək, təslim olub. Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Hadisənin Qaradağ rayonunda baş verdiyi bildirilir. Başqa bir iddiaya görə, öldürülən şəxs Rəşadın qonşusudur. Onun Rəşada söyüş söyməsi səbəbindən bıçaqlandığı bildirilir.

İlham Əliyev: “Ermənilər əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”

166790326418836860 1000x669

Noyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. “Qərb Xəbər” bildirir ki, dövlət başçısı hərbçilər qarşısında çıxış edib: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – … Read more

İlham Əliyev TDT-nin zirvə toplantısında iştirak edəcək

16584722392788628721 1000x669

10-11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşü keçiriləcək. Özbəkistanın xarici işlər naziri Vladimir Norov bəyan edib ki, ölkəsi 10-11 noyabrda Səmərqənddə keçiriləcək Zirvə toplantısına ev sahibliyi etməyə hazırdır. Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına … Read more

Qazaxda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

WhatsApp Image 2022 11 07 at 13.17.04

Qazax rayonunun Ağköynək kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Suleymanov Fazil Suleyman oğlunun xatirəsinə inşa olunan bulaq açılıb. “Qərb Xəbər” məlumat verir ki, açılış mərasimində Ağköynək kənd bələdiyyəsi, kənd sakinləri, şagirdlər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsini ehtiramla anıblar. Sonra məktəblilər Vətənə və şəhidləriə həsr olunan şeirlər söyləyiblər. Suleymanov Fazil … Read more

“Əbədi Birlik” Gənclər İctimai Birliyi Şakir Gürel ilə görüş keçirib

Ac8de9b3 2aad 4412 8660 c0af811cdf3a

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Tarixdən bu yana: Azərbaycan-Türkiyə əlaqələri!” mövzusunda Zoom platformasında görüş keçirilib. “Qərb Xəbər” məlumat verir ki, görüşün fəxri qonağı Türkiyənin Bütün Rabitə və Media Federasiyasının prezidenti Şakir Gürel olub. Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Şakir Gürel Türkiyə və Azərbaycan arası əlaqələrin … Read more

Şəmkirdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü cərimələnib

16678117864740130714 1000x669

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Fərid Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək … Read more

Dünyanın ən bahalı markalarının siyahısı

Apple sirketinin yeni funksiyasi sebebile sosial sebekeler miyardlarla dollar vesait itirirler1170

Dünya üzrə dəyərinə görə ən çox satılan brendlərin siyahısı müəyyənləşib. “Qərb Xəbər” məlumat verir ki, bu siyahını “Webtekno” saytı paylaşıb. Belə ki, siyahının zirvəsində “Apple” şirkəti qərarlaşıb. İkinci “Microsoft”, üçüncü “Amazon”, dördüncü “Google”, beşinci “Samsung”, altıncı “Toyota”, yeddinci “Coca-Cola”, səkkizinci “Mercedes-Benz”, doqquzuncu “Disney”, sonuncu yerdə isə “Nike” şirkətləri seçilib. Qeyd edək ki, siyahıda “KFC” və “MC … Read more

Cənubi Azərbaycanda etirazçılar tranzit yolu bağladı – Video

Etiraz

İranın Qərbi Azərbaycan əyalətinin Mərivan şəhərində etirazçı gənclər “Dinar mədəni”nə gedən yolda Başmaq sərhədinin beynəlxalq və tranzit yolunu bağlayıblar.

“Qərb Xəbər” “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Hazırda şəhərin əksər küçələrinin nümayişçilərin nəzarətinə keçdiyi bildirilir.