Dünya üzrə dəyərinə görə ən çox satılan brendlərin siyahısı müəyyənləşib.
“Qərb Xəbər” məlumat verir ki, bu siyahını “Webtekno” saytı paylaşıb.
Belə ki, siyahının zirvəsində “Apple” şirkəti qərarlaşıb. İkinci “Microsoft”, üçüncü “Amazon”, dördüncü “Google”, beşinci “Samsung”, altıncı “Toyota”, yeddinci “Coca-Cola”, səkkizinci “Mercedes-Benz”, doqquzuncu “Disney”, sonuncu yerdə isə “Nike” şirkətləri seçilib.
Qeyd edək ki, siyahıda “KFC” və “MC Donald`s” şirkətlərinin olmaması müzakirələrə səbəb olub.