Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb.
“Qərb Xəbər” “Report”a istinaddən bildirir ki, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb.
O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib.
Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.