Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə Ağstafa Gənclər Evində atıcılıq üzrə gənclər arasında turnir keçirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, yarışda 15 iştirakçı 10 m məsafəyə tir tapançasından atəş açmaqda dəqiqliyini yoxlayıb.
5 atışın cəmində 17 xal toplayan Qazax rayonu S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbinin X sinif şagirdi Şamoyev İsrafil Akif oğlu I yerə layiq görülüb.
Turnirin nəticələrinə əsasən, Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Carçıyev Emin Fariz oğlu II, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Alcanov Fərid Anar oğlu isə III yeri tutub.
Qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunublar.