Şəmkirdə 29 yaşlı kişi bıçaqlanıb
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Talış kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı