ABŞ Rusiya qarşı sanksiyaların bəzisini ləğv edib və Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarını təhlükəsizlik baxımından ölkəni tərk etməyə çağırıb.
“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, ABŞ Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.
ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal tərk etməyə çağırıb və həmvətənlərini dəstə şəklində toplaşmağa qoşulmaqdan çəkinməyi xahiş edib. Buna səbəb kimi, Ukrayna raket təhlükəsinin olduğu bildirilib.
Ukrayna – Rusiya müharibəsində ABŞ mövqe dəyişir?
“Qərb Xəbər”ə danışan politoloq Cümşüd Nağıyev deyir ki, dövlətlər öz siyasətlərinə uyğun olaraq, mövqelərini dəyişə bilərlər. Çörçilin də dediyi kimi, bizim daima dostlarımız yoxdur, bizim daima maraqlarımız vardır. Bir ölülər, birdə dirilər maraqlarını dəyişməyə bilər. “ ABŞ-da görünən odur ki, öz maraqlarına görə mövqelərini dəyişir. Eyni zaman da ABŞ-ın Türkiyəyə qarşı mövqeyini dəyişməsi Rusiyaya meyil etməsini göstərir. ABŞ konqresinin qərarı ilə F16-ın Türkiyəyə verilməməlidir. Həmçinin, ABŞ prezidenti zəmanət verməlidir ki, Türkiyə Yunanıstan hava sərhədini pozmur. Qeyd edim ki, Yunanıstan Avropa da Rusiyanın yeganə pravoslav ortağıdır. Ən yaxın münasibət də olduğu ölkədir”.
Politoloqun sözlərinə görə, oyunun qaydaları yavaş-yavaş dəyişir. ” Almanlar da belə bir qərara gəlib ki, payızda Ukraynanın vəziyyəti şox pis olacaq. Yəni, Ukrayna elə bil ki, xərclənir və oyun Rusiyanın xeyrinə dəyişirir”.
Cümşüd Nağıyev qeyd edir ki, mən ayın 19-u, Tehran konfransından sonra olan qərarı gözləyirəm. “ Çünki Baydenin səfərlərindən sonra Türk və İslam dünyası ilə üz-üzə durması məsələsi var. ABŞ-ın Ərəb dünyasını bir mənalı şəkildə öz üzərinə götürür. Bu da deməkdir ki, İranı təcrid edirlər. Dünən İsrail ilə ABŞ arasında imzalanan bəyənnaməyə görə İran nüvə silahı əldə etdiyi təqdir də, İrana qoşun yeridiləcək. Bilirik ki, İrana a nüvə silahını Rusiya verir. Çalışacaqlar ki, Rusiya İrana Nüvə silahı verməsin. Bununda qarşılığında Ukraynanın məğlub olmasına göz yumacaqlar. Ancaq belə bir siyasi razılaşma ola bilər”.
C.Nağıyev vurğulayır ki, hadisələrin gedişi göstərir ki, ABŞ öz mövqelərində dəyişiklik edir və nisbətən geri çəkilir.
Vüqar Mehtizadə
Qərb Xəbər