Ingiltərə kralı III Çarlz “Foje Gras” adlı fransız yeməyindən istifadəni qadağan edib.
“Qərb Xəbər” bildirir ki, “Lent.az”ın xarici mətbuata istinadən məlumatına görə bu yemək qaz və ya ördək ciyərindən hazırlanmış fransız yeməyidir.
Yeməyi hazırlamaq üçün qaz və ördəklərin boğazlarına metal borular taxılır. Borular vasitəsilə hər gün 2 kiloqram taxıl onların mədələrinə vurulur və bu da quşların öldürülməmişdən əvvəl ciyərlərinin şişməsinə səbəb olur.