Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Dövlət Departamenti: İranın qarşısında Azərbaycanın yanında olacağıq

Indir 2022 11 11T084627.124

Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib. Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb: “Onun (dövlət katibi … Read more

Bakı-Tbilisi-Ceyhan kəmərinin mühafizəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirib

Dbb9b157f27656f06a61fcf23cf2c78a (1)

Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Kəmərlərin Mühafizəsi Departamentinin təşkil etdiyi “ETERNITY 2022″ komanda-qərargah təlimi baş tutub.

“Qərb Xəbər” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, təlimdə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçiləri iştirak ediblər. Nazirlikdən bildirilib ki, təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq olub. Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları təlimlərin həm kompüter dəstəkli, həm də sahə komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya Bölməsinin əməkdaşları da cəlb ediliblər.

Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb. Vurğulanıb ki, tapşırıq uğurla icra edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

Rusların regiona üz tutması Gürcüstan və Ermənistan valyutasını gücləndirib

7eaf4a328a73f1024f0b335f04aa1dc7

Bu il rusların kütləvi axını və pul köçürmələrinin kəskin artması Gürcüstan və Ermənistanın ümumi daxili məhsulunun əhəmiyyətli dərəcədə artmasına və bu ölkələrin valyutalarının möhkəmlənməsinə səbəb olub. “Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə analitiklər Rusiyanın “Forbes” jurnalının “S&P Global Ratings” icmalında qeyd ediblər. Bildirilir ki, ilin birinci yarısında Gürcüstanda ümumi daxili məhsulun artımı … Read more

İlham Əliyevlə Şavkat Mirziyoyevin görüşü keçirilib

FotoJet 2022 11 10T171659.713

Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir. Özbəkistan və Azərbaycan Prezidentləri arasında görüş Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvə görüşü çərçivəsində baş tutub. Özbəkistan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, iki ölkə liderləri avtomobil sənayesi, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini sürətləndirmək niyyətindədirlər.

Ağstafa rayon sakini imkanlı şəxslərdən və aidiyyatı orqanlardan köməklik istəyir

Ağstafa rayon sakini imkanlı şəxslərdən və aidiyyatı orqanlardan köməklik istəyir

Ağstafa rayon Köçəsgər kənd sakini İlahə Ələsgərova Azərbaycan xalqından və aidiyyatı orqanlardan kömək istəyir. İlahə Ələsgərovanın böyrəklərində problem olduğu üçün işləyə bilmir. O, 3 qiz övladı ilə tək yaşayır. Həyat yoldaşının onları tərk etdiyini və alimenti vaxtı-vaxtında ödəmədiyini, ödədiyi zaman da çox az ödədiyini qeyd edir.

Onların evi 1 otaqlıdır. 1 otaqlı ev olmasına baxmayaraq onların mavi yanacaqlarının olmadığını deyir. Problemin həlli üçün İlahə xanım imkanlı şəxslərdən və əlaqədar qurumlardan köməklik istəyir.

Politoloq: “Müharibənin uzanmasına səbəb Rusiyanın nüvə başlıqlarına sahib olmasıdır”

Ukrain

Rusiya Ordusu bu il fevralın 24-dən sonra Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edəcək. Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir. Məsələni “Qərb Xəbər”ə dəyərləndirən politoloq Oktay Qasımov bildirib ki, bu zərbələr nəticəsində xeyli … Read more

Makron Azərbaycana xanım səfir təyin etdi

Makron

Fransa Azərbaycana yeni səfir təyin edib. “Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib. Qeyd edək ki, Z.Qross 2019-cu … Read more

İlham Əliyev Özbəkistana getdi

636cc2f80bb9b636cc2f80bb9c1668072184636cc2f80bb99636cc2f80bb9a

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistana səfərə gedib. “Qərb Xəbər” məlumat verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və … Read more

Rəşad Dağlı prokurorluğa gətirilib

636cace71ce76636cace71ce771668066535780301a9a296fc4db3b92c9e7a45686f

Noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən məşhur meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün hakim qarşısına çıxarıla bilər. “Qərb Xəbər”in məlumatına görə, meyxanaçı Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılması … Read more

Sabah dağlıq ərazilərə qar yağacaq

7c3c2d7b 9461 3588 9510 8a277c23d5e0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 772 mm … Read more

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə büründü

8997132

Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Twitter” hesabından video paylaşıb. “Dövlət Bayrağı Gününüz mübarək”, – deyə səfir şəlalənin videogörüntüsünü paylaşaraq qeyd edib.

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

66df7010 883c 3234 9763 5e8f769d4fa8

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub. “Qərb Xəbər” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur. Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və III turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə … Read more

Radiotezliklər 10 il müddətinə ayrılacaq, 3 halda ləğv ediləcək

Milli məclis

Radiotezliklər istifadə üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 il müddətinə ayrılacaq. “Qərb Xəbər”in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanunda radiotezliklərin istifadə üçün ayrılmasına zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Radiotezliklərin ayrılması … Read more

Tovuzda 65 yaşlı kişini maşın vurub

Qezakkk

Tovuzda maşın piyadanı vuraraq öldürüb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, noyabrın 10-da səhər 6:30 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımına Bakı-Qazax-Gürcüstan avtomagistralının 439-cu kilometrliyində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə … Read more

Şəmkirdə Zəfər Günü təntənəli qeyd olunub

6ace00ef67fb2e54ac8b264e3469f5ef
Şəmkir rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
“Qərb Xəbər” bildirir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Azərbaycan ordusunun qazandığı Zəfər tarixindən danışıb.
Çıxışının sonunda icra başçısı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon Sektorunun təşkilatçılığı ilə keçirilən “Zəfər Yolu” inşa və rəsm müsabiqəsinin qaliblərinə, eyni zamanda “Zəfərin mübarək, Ana Vətən” qısametrajlı filmin çəkilişində iştirak edən Düyərli kənd tam orta məktəbin 7-a sinif şagirdlərinə, filmin ssenari müəllifinə RİH başçısının Fəxri Fərmanını təqdim edib.
Tədbir Şəmkir Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış rəngarəng konsert proqramı ilə davam etdirilib.
Bayram tədbirinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Tovuzda yerləşən “N” saylı hərbi hissədə Zəfər Günü qeyd olunub

9524c28b0a4b80a5c5d0807799bf5cbb

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qərb Xəbər” məlumat verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hərbi hissənin komandiri və şəxsi heyəti iştirak edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunmuşdur.

Çıxışlardan sonra hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi olub və xidmətdə fərqlənən bir qrup hərbçiyə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Daha sonra hərbçilərimiz xüsusi döyüş və döyüş hazırlıq nümunələri nümayiş etdirmişlər.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam etmişdir.

Ağstafada “8 Noyabr-Zəfər günü”nə həsr olunmuş Karate üzrə yarış keçirilib

C2babba95a9ae18f185939f9335d8b09

Ağstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin idman zalında “8 Noyabr-Zəfər günü” nə həsr olunmuş Karate üzrə açıq rayon birinciliyi keçirilib. “Qərb Xəbər” bildirir ki, birincilikdə Ağstafa idmaciları ilə yanaşı Tovuz, Qazax rayonlarından və Gəncə şəhərindən ümumilikdə 96 nəfər idmançı iştirak edib.Birinciliyin rəsmi açılış mərasimində … Read more

Aİ İrana qarşı yeni sanksiyalar paketini hazırlayır

Avropa Ittifaqi 11 Iran vətəndasina və 4 təskilata sanksiya tətbiq scaled

Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb. “Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, – deyə XİN … Read more