Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” bildirir ki, hadisə “ASAN Xidmət” Mərkəzinin yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.