Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Emin Əmrullayev rektorlarla görüşüb, tapşırıqlar verib

28 dekabr / 11:55 2 dəq
Azedu.az 04 27.12.23 01
28 dekabr / 11:55
Burada sizin reklamınız ola bilər

Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə “Qərb Xəbər”  “Report”a istinadən xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüş zamanı ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub.

Ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub.

Emin Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib.

Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı