Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“KTMT gələcəyi olmayan təşkilatdır” – RƏY

24 noyabr / 14:58 3 dəq
KTMT ve pasinyan
24 noyabr / 14:58
Burada sizin reklamınız ola bilər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Məsələni “Qərb Xəbər“ə şərh edən politoloq Oktay Qasımov bildirib ki, Ermənistan sədrliyi müddətində dəfələrlə KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çalışıb.

oqtay-qasimov-5_e30e6431c9c9fbafc107

“Dünənki görüş Ermənistanın təşəbbüsü ilə keçirilən toplantı idi. Ermənistanın artıq KTMT-də sədrlik müddəti bitdi və Qazaxıstana keçdi. Ermənistan sədrliyi müddətində dəfələrlə KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çalışdı. Amma, bu cəhdlərin heç biri alınmadı. Məhz bu baxımdan Ermənistan baş naziri bəyannaməni imzalamaqdan imtina etdi”.

Politoloq əlavə edib ki, Nikol Paşinyan hesab edirdi ki, bu təşkilat Azərbaycana qarşı daha radikal mövqedə çıxış edəcək və Ermənistanın istəklərinə uyğun hansısa bir qətnamə qəbul edəcək. Bunlar baş vermədi.

“Əslində dünənki toplantı iflic vəziyyətində olan KTMT təşkilatının bundan sonrakı proseslərə də aktiv müdaxilə edə bilməyəcəyini göstərdi. Ən azından KTMT Rusiya-Ukrayna müharibəsində belə hansısa bir formada iştirak etmir. Bu təşkilatın bəzi üzvləri Rusiya ilə məsafəli davranırlar. Bu baxımdan dünənki toplantının ciddi nəticələri olmadı. Görünən odur ki, bu təşkilat gələcəyi olmayan təşkilatdır. Ermənistan bu qurumdan istədiyini ala bilmədi və artıq bir neçə il idi ki, qurumdan uzaqlaşmaq xəttini izləyirdi”.

“Paşinyan komandası başqa formatlar axtarışındadı. Ermənistanda dünən təşkil olunmuş aksiyalar da təsadüfi deyildi. Məhz bu nəticəyə hesablanmışdı.
Son dövrlər rus sülhməramlılarının nəzarəti altında olan ərazilərmizin atəşə tutulması da təsadüf deyil. Bunların hamısı planlaşdırılmış təxribatlardır” – deyə Oktay Qasımov vurğulayıb.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı