Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.