“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempionu oldu

Qalatasaray

Türkiyə Süper Liqasının 33-cü həftəsində “Qalatasaray” öz meydanında “Antalyaspor”u 4-2 hesabı ilə məğlub edərək 26-cı çempionluğunu rəsmiləşdirib. Qerbxeber.com xəbər verir ki, bununla da “sarı-qırmızılılar” ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə Türkiyə çempionu olublar. Xatırladaq ki, bu komandalar arasında mövsümün ilk yarısında Antalyada keçirilən görüş də “Qalatasaray”ın 4-1 hesablı üstünlüyü ilə başa çatmışdı.  

Tramp Çində Tayvan məsələsini müzakirə edəcək

Tramp si cippin

ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri zamanı Tayvan məsələsi də müzakirə olunacaq. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Romada jurnalistlərə açıqlamasında bildirib. Rubionun sözlərinə görə, Tayvan mövzusu səfərin əsas gündəliyi olmasa da, tərəflər arasında müzakirə ediləcək məsələlərdən biri olacaq. “ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz mövcud vəziyyətin məcburi … Read more

Tramp Rusiya və Ukrayna arasında üçgünlük atəşkəs əldə olunduğunu deyib

Tramp barmaq

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək. ABŞ lideri bildirib ki, razılaşma bütün hərbi əməliyyatların … Read more

Robert Koçaryan döyüşə hazır ordu və güclü müttəfiq şüarı ilə iqtidara gəlmək istəyir

Koçaryan

Biz təhlükəsizlik modelimizi təklif edirik: müasir və döyüşə hazır ordu, güclü lider və güclü müttəfiq.   Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan 8 mayda Eçmiədzində seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə bildirib. “Bəşəriyyət hələ başqa bir model ortaya qoymayıb. Bizi müharibə ilə təhdid edirlər, amma sadə bir həqiqət … Read more

Robert Fitso Moskvaya gəldi

Robert fitso

Slovakiya Baş naziri Robert Fitso Rusiyanın paytaxtı Moskvaya gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, baş nazir 9 may Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak edəcək. Həmçinin onun Kreml rəhbəri Vladimir Putinlə də görüşəcəyi bildirilib.

Azərbaycan nefti ucuzlaşdı

Neft (2)

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Qerbxeber.com xəbər verir ki, neftin 1 barelinin qiyməti 3.44 ABŞ dolları və ya 3.16% azalaraq 105.55 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Akif İslamzadə xəstəxanaya yerləşdirildi

Akif İslamzadə

Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib. Qerbxeber.com Axşam.az-a istinadən xəbər verir ki, sənətkar infarkt keçirib. Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb. İfaçının oğlu Ayxan açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: “Həkimlər baxış keçirirlər”.

Tehrana yenə zərbə endirilir

Tehran zerbe yeni

İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Qerbxeber.com  Musavat.com-a istinadən  xəbər verir ki, şəhərin müxtəlif bölgələrində partlayış səslərinin eşidildiyi bildirilir. İran mediası hava məkanında aşkarlanan hədəflərə qarşı HHM sistemlərinin aktivləşdirildiyini yazır.

ABŞ İranın hərbi dəniz bazasına zərbə endirib

ABŞ deniz qüvvetleri

ABŞ İranın cənubundakı Minab şəhərində yerləşən hərbi dəniz qüvvələri bazasına hücum edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf “Mehr” agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Hadisə ilə bağlı hələlik ABŞ rəsmilərindən rəsmi açıqlama verilməyib

İran ordusu Hörmüz boğazında ABŞ qüvvələrinə zərbə endirdi

İran zerbe

İran ordusu Hörmüz boğazında ABŞ qüvvələrinə raket hücumu barədə məlumat yayıb. Qerbxeber.com  bildirir ki, bu barədə Teleqraf.az”Press TV”yə istinadən xəbər yayıb. Məlumatda bildirilir ki, bu, ABŞ ordusunun İran neft tankerinə qarşı “təcavüzkar hərəkətlərinə” cavabdır. İran mediasının məlumatına görə, ABŞ ordusu itki verdikdən sonra geri çəkilməyə məcbur olub.

Azərbaycanda da “pullu əsgərlik” olacaq

əsgərlik

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.  Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sıra ölkələrdə, alternativ hərbi xidmət və ya ödənişli xidmət növü mövcuddur. Məsələn, qardaş Türkiyədə ödənişli hərbi … Read more

Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Rusiya xİn

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla görüşüb . Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Arsenyana bildirilib ki, Ermənistanın Vladimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün platforma təqdim etməsi qəti şəkildə qəbuledilməzdir. “7 may tarixində Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen … Read more

Zelenski: Rusiya hər an müharibəni dayandıra bilər

Zelenski yeni

“Ukrayna Silahlı Qüvvələri Rusiyaya uzaqmənzilli zərbələri davam etdirir”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Dəqiqliyə görə döyüşçülərimizə minnətdaram. Bu gün Ukraynanın uzaqmənzilli raketləri yenidən Perm şəhərindəki hədəfləri vurub. Perm sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Bu yaxınlarda 1800 kilometr məsafədə yerləşən Çelyabinsk və 2000 kilometrdən çox məsafədəki Yekaterinburqda da mühüm nəticələr əldə … Read more

Zelenski Rusiyaya yaxın dövlətlərin təmsilçilərinə bu günlərdə Moskvaya gəlməməyi məsləhət görür

Zelenski (1)

Ukrayna Rusiyaya yaxın dövlətlərin nümayəndələrinə bu günlərdə Moskvada olmağı məsləhət görmür”. Qerbxeber.com  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski video müraciətində deyib. O, Ukraynanın uzun müddətdir və dəfələrlə Rusiyaya atəşkəs təklif etdiyini bildirib. “Bu dəfə atəşkəs 6 maydan başlayır. Ukrayna tam sükutu təmin etməyə hazır idi, lakin sülh təklifimiz yalnız yeni Rusiya zərbələri və … Read more

Rusiya Ukraynanı atəşkəsə əməl etməyə çağırırb

Ukrayna rusiya

Rusiya Ukrayna tərəfini Qələbə Günü münasibətilə Moskva tərəfindən elan edilən atəşkəsə riayət etməyə çağırır. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya qoşunlarına atəşkəs dövründə zərbələr endirməmək əmri veriləcək. Ukrayna tərəfini buna riayət etməyə çağırırıq”, – deyə nazirlik qeyd edib. Qeyd edək ki, Rusiya İkinci Dünya Müharibəsindəki qələbə günü münasibəti ilə … Read more

Eşqi Bağırov: Artıq 100 minə yaxın uşaq birinci sinifə qəbul olunub

Eşqi Bağırov

Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub. Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, birinci sinfə qəbul prosesi dünən başlayıb.

Ceyhun Bayramov Ukraynalı həmkarı ilə telefonla danışıb

Bayramov Sibiha

Xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna Prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.

Medvedyev Paşinyan və Zelenskini təhqir etdi

Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə İrəvandakı görüşünü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedyevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub. Medvedyev hər iki liderin ingilis dili səviyyəsini də məzxərəyə qoyub. … Read more

Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Erkən nikah və onun sosial-psixoloji fəsadları” ilə bağlı tədbir keçirilib

Kollec

Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Erkən nikah və onun sosial-psixoloji fəsadları” adlı maarifləndirici tədbir keçirilib.  Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Musa Hüseynov, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim mama-ginekoloqu Aybəniz Aşurova, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Kəmalə Şıxlinski, kollecin müəllim və tələbələri … Read more