Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Zelenski: Rusiya hər an müharibəni dayandıra bilər

7 may / 23:45 2 dəq
Zelenski yeni
7 may / 23:45
Burada sizin reklamınız ola bilər

“Ukrayna Silahlı Qüvvələri Rusiyaya uzaqmənzilli zərbələri davam etdirir”.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Dəqiqliyə görə döyüşçülərimizə minnətdaram. Bu gün Ukraynanın uzaqmənzilli raketləri yenidən Perm şəhərindəki hədəfləri vurub. Perm sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Bu yaxınlarda 1800 kilometr məsafədə yerləşən Çelyabinsk və 2000 kilometrdən çox məsafədəki Yekaterinburqda da mühüm nəticələr əldə olunmuşdu. Ukraynanın uzaqmənzilli sistemlərinin nəticələrini Novorossiysk, Krım, Tuapse, Samara və Nijni Novqorod da hiss edib”, – o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə Rusiyanı sülhə çağırsa da, qarşı tərəf müharibəni davam etdirməyə üstünlük verib:

“Buna görə də Ukraynanın kampaniyaları Rusiyanın hərbi sənayesi, müharibə infrastrukturu və təcavüzün maliyyələşdirilməsi ilə əlaqəli uzaq obyektlərinə yönəlib”.

Ukrayna lideri əlavə edib ki, Rusiya istənilən an Ukraynaya qarşı müharibəni dayandıra bilər:

“Həm də Moskvada parad keçirmək məqsədilə bir neçə saatlıq icazə almaq üçün yox, insanların həyatını qorumaq üçün. İnsanlara dəyər vermək lazımdır, paradlara yox. Sülh yaratmaq lazımdır, 9 May üçün fasilə xahişi ilə dünya paytaxtlarını dolaşmaq lazım deyil. Sülh lazımdır. Rusiyanın bunu dərk etməsinə kömək edən hər kəsə təşəkkür edirəm”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı