Bugünlərdə Qazaxda şəhid idmançı Xaliddin Veyislinin xatirəsinə həsr edilmiş yunan Roma güləşi üzrə turnir keçirilib.
“Qərb Xəbər”in məlumatına görə, Qazax Olimpiya İdman Kompleksində Qazax rayon Gənclər və İdman İdarəsinin və “Fəqan” İdman Kulubunun təşkilatçılığı, Qazax rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin dəstəyi ilə təşkil edilən turnirdə Qazax-2, Goranboy-2, Şəmkir-2, Mingəçevir, Yevlax, Göyçay olmaqla, 9 komandadan 150-dən çox idmançı iştirak edib.
Turnirin açlışında çıxış edənlər “Fəqan” İdman Kulubunun direktoru Sücayət Nağdalıyev, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Olimpiya Kompleksin əməkdaşı Azər Əliyev, Qazax rayon “Qarabağ Əlillərinə Qayğı İB”-nin sədri Seyfəddin Məmmədov, şəhid Atası Zəkər Veyisov çıxış edərək bildiriblər ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, böyüməkdə olan gənc nəslin vətənpərvər, sağlam idmançı olması, eyni zamanda Qazaxda yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək vacib olduğunu bildiriblər.
Turnirin proqramına əsasən, 2008-2010 və 2011-2014-cü il təvəllüdlü idmançılar 20 çəkidə qələbə uğrunda mübarizə aparıb.
Hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci 3-ücü yeri tutan idmançılar diplom və medallar ilə təltif ediliblər.
Qeyd edək ki, şəhid Xaliddin Veyisli “Fəqan” idman kulubunun üzvü olub. O, 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunu