Dünya

Tramp Çində Tayvan məsələsini müzakirə edəcək

8 may / 23:35 1 dəq
Tramp si cippin
8 may / 23:35
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri zamanı Tayvan məsələsi də müzakirə olunacaq.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Romada jurnalistlərə açıqlamasında bildirib.

Rubionun sözlərinə görə, Tayvan mövzusu səfərin əsas gündəliyi olmasa da, tərəflər arasında müzakirə ediləcək məsələlərdən biri olacaq.

“ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz mövcud vəziyyətin məcburi şəkildə dəyişdirilməsini istəmirik, çünki bunun dünyada sabitliyi poza biləcəyini düşünürük”, – deyə Rubio qeyd edib.

O əlavə edib ki, Vaşinqton Tayvan boğazında sabitliyin qorunmasını həm Çin, həm ABŞ, həm də bütün dünya üçün vacib hesab edir.

Paylaş
Burada sizin reklamınız ola bilər