Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Medvedyev Paşinyan və Zelenskini təhqir etdi

6 may / 23:36 2 dəq
Medvedev
6 may / 23:36
Burada sizin reklamınız ola bilər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə İrəvandakı görüşünü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedyevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub. Medvedyev hər iki liderin ingilis dili səviyyəsini də məzxərəyə qoyub. Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb.

Qerbxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ-yə aid dövlətlərin liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Vladimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?” – politoloq əlavə edib.

Qeyd edək ki, Volodimir Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün 4 mayda İrəvana səfər etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı