Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb

5a5ade72 9e56 3de7 b9d4 a6d211540bc3 850 (1)

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib. Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər … Read more

Kişineuda Azərbaycan və Moldova prezidentlərinin görüşü olub

811d4d65 29bf 373f bbb1 2300b6e492e5

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub. “Qərb Xəbər” xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi. Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik etdi. “Avropa siyasi birliyi”nin Zirvə Toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran … Read more

Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlananlar var

Bıçaqqqqqqqqqq

Tovuz rayonunda qohumlar arasında mübahisə yaşanıb, iki nəfər bıçaqlanıb. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndinə qeydə alınıb. Belə ki, kənd sakinləri Gündüz Cəfərov və İsrail Cəfərovla kürəkənləri Zəlimxan Quliyev arasında məclislərin birində mübahisə yaşanıb. Bu zaman G.Cəfərov və İ.Cəfərov bıçaq xəsarəti alıb. Onları bıçaqlamaqda şübhəli bilinən Z.Quliyev isə döyülərək müxtəlif bədən xəsarətləri … Read more

Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı”

7a65a9aa 7b2e 3e0b bdec 7c935dff343d

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində ermənilərin tarix boyu qədim yaşayış məskənlərinin adını dəyişdirərək izini itirməyə çalışdıqları Dərəçiçək mahalı haqqında süjet hazırlanıb. “Qərb Xəbər” xəbər verir ki, süjetdə ermənilərin zaman-zaman tarixi torpaqlarımızda Oğuz türklərinin tarixi-mədəni irsinə qarşı cinayətlər törətməsindən, saxtalaşdırmanın qurbanına çevrilən dədə-baba yurdlarımızdan olan bu mahaldan söz açılır. Bildirilir ki, indiki Ermənistan ərazisində olan bu … Read more

FHN Zəyəm qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qaldığını açıqlayıb

7d7b57b7 35f0 32af 86d3 d61489c36387

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Bu barədə “Qərb Xəbər”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Hazırda Şəmkir … Read more

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

Images (94)

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib. “Qərb Xəbər”in məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən final oyununda İtaliya “Roma”sına qalib gələn İspaniya “Sevilya”sı tarixində 7-ci dəfə titula sahib çıxıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə “canavarlar” vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı … Read more

Kiyev atəşə tutulub, ölənlər və yaralananlar var

2d6fbec8 46b4 3b85 8a40 7e0213989845

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevi atəşə tutması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonunda olub. Bundan başqa, həlak olan … Read more

1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Usaq

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. “Qərb Xəbər” xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya … Read more

Gürcüstanın Baş naziri Moldovaya gedib

64773077b621964773077b621a1685532791ea43c6f3f733169d8eb5b20ddcaf5f80

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Siyasi İcması sammitində iştirak etmək məqsədilə Moldovaya gedib. “Qərb Xəbər” xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, Baş nazir tematik müzakirələrdə iştirak edəcək. Hökumət başçısı sammit çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.

Paşinyan Kişinyova getdi

Photo

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə çərşənbə günü Moldovaya işgüzar səfərə gedibş “Qərb Xəbər” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Kişinyovda baş nazir Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək. Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması planlaşdırılır. Moldovanın paytaxtında həmçinin Ermənistanın baş … Read more

Bu il 100 mindən çox şagird məzun olacaq

Bu gun son z ng calinir

“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı, hər il olduğu kimi, Nazirliyin müvafiq tapşırıqları olacaq: “2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qrumların tabeliyində olan ümumi təhsil … Read more

Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir

Ilham əliyevvv

Azərbaycan özünü alternativ enerji sektorunda keçidin bir hissəsi kimi hiss edir və bu prosesdə öndə gedənlərin arasında olmaq istəyir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak … Read more

Rusiyanın planı odur ki, bölgədə davamlı sülh olmasın – Politoloq

Putin

“Azərbaycan prezidentinin Laçında səsləndirdiyi mövqe birmənalı mövqedir. Burada həm Ermənistana ünvanlanan mesajlar var, həm də Qarabağdakı seperatçı qurum nümayəndələrinə”. Bu sözləri “Qərb Xəbər“ə müsahibəsində politoloq Oktay Qasımov bildirib. Politoloq əlavə edib ki,  seperatçı rejim üçün hansısa status, hansısa müstəqillik boş xülyalardır. – Oktay bəy, həm Ermənistan ordusunun, həm də Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin mütamadi … Read more

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

62a18804 4ebe 34d5 a55f dc5714786e1a

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcək. “Qərb Xəbər” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb. Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü – iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildiriblər. Qeyd olunub ki, bundan … Read more

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub

Mm bina

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt məlum olub. “Qərb Xəbər”in xəbərinə görə, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirəyə çıxarılacaq. Toplantı iyunun 2-də baş tutacaq.

Türkiyə lirəsinin dollar və manat qarşısında kəskin enişi davam edir

6476dfcac908a6476dfcac908b16855121386476dfcac90856476dfcac9087

Türkiyədə Rəcəb Tayyip Ərdoğanın yenidən prezident seçilməsinə paralel olaraq lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir. “Qərb Xəbər”in məlumatına görə, bu gün Dollar/Türkiyə Lirəsi məzənnəsi 20,7760 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 1% dəyər itirib. Ümumilikdə isə bir ildə 9% civarında eniş edib. Hazırda isə dollar 20,6556 TL-yə ticarət edilir. Türkiyə … Read more