Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

1 iyun / 08:39 2 dəq
Images (94)
1 iyun / 08:39
Burada sizin reklamınız ola bilər

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

“Qərb Xəbər”in məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən final oyununda İtaliya “Roma”sına qalib gələn İspaniya “Sevilya”sı tarixində 7-ci dəfə titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə “canavarlar” vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. “Roma”nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.

“Sevilya” bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

UEFA Avropa Liqası
Final
31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) – 1:1 (PENALTİLƏR SERİYASINDA – 4:1)
Qollar: 
Canluka Mançini, 55 (avtoqol) – Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

Qeyd edək ki, Əndəlusiya təmsilçisi daha əvvəl 2005/2006, 2006/2007, 2013/2014, 2014/2015, 2015/2016 və 2019/2020 mövsümündə Avropa Liqasında qələbə sevinci yaşayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı