Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bayden: “İsveç tezliklə NATO-ya üzv olacaq”

Bayden

ABŞ Prezidenti Cozef Bayden İsveçin yaxın gələcəkdə Şimali Atlantika Alyansına daxil olacağını proqnozlaşdırır. Bu barədə “Qərb Xəbər” “Reuters”ə istinadən xəbər verir. ABŞ lideri Kolorado Sprinqsdə çıxışı zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu ilə ittifaqı pozmağa cəhd etməsinə baxmayaraq, NATO güclənir. Bu, xüsusən Finlandiyanın və tezliklə İsveçin qəbulu ilə gücləndirilir. “Bu baş verəcək, … Read more

Rusiyanın 30-dan çox PUA-sını və raketini məhv edilib

Eb6213fb aaa1 3ed6 8875 14d7ebefb7d6

İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib. Bu barədə “Qərb Xəbər” UNİAN-a istinadən xəbər verir. Məlumata görə, Rusiya ordusu eyni vaxtda dron və qanadlı raketlərlə paytaxta hücum ediblər. Raket buraxılışları Xəzərdəki Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumata görə, “Şahed” PUA-ları … Read more

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Fdafc62a 6645 3d75 9d7d 5a767edccc79

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü planlaşdırılır. “Qərb Xəbər” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Daha əvvəl bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyə çıxarılacaq. … Read more

Gədəbəyə dolu düşüb

E6cdbfe5 e832 4956 8406 8cdba4b1a9dc

Gədəbəy rayonu ərazisinə dolu düşüb. Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb: “Havanın maksimal … Read more

Türkiyədə müxalifətin seçki bloku dağılıb

11429093 ef5c 3db5 b76d e26cbf0e8305

Türkiyədə müxalifətin seçki bloku dağılıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə İYİ Partiyanın baş katibi Uğur Poyraz “Sözcü TV”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, “Millət İttifaqı” seçki birliyi idi və mayın 28-dən blokun səlahiyyəti başa çatıb. Qeyd edək ki, mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçirilib. Mayın 28-də keçirilən Prezident seçkisinin ikinci turunda … Read more

Azərbaycan Ordusunun Şuşa və Tovuzdakı mövqeləri atəşə tutulub

MN en yeni

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən … Read more

İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

E473013e d8a0 394f b12f 53e8e96fb0ab

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Toplantı iştirakçıları birgə foto çəkdiriblər.

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Mischel

“Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir”. Punu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısının açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib. “Bugünkü görüş çox mühümdür. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub”, – o bildirib. Ş.Mişel … Read more

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitində – Video

1685610484 msg1037156324

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

XİN başçısı: “İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib”

1fdc3eb4 4a67 3639 bc27 df1895c6cc5c 850 (2)

“İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib”. “Qərb Xəbər” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısında bildirib. NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, İsveçin Alyansa üzv olması NATO-nun bütün üzvlərinin maraqlarını təmin edir. Rəsmi Ankara terrorçuluğa qarşı mübarizə ilə bağlı şərtləri … Read more

“Təmiz Şəhər”: Avtomobillərin utilizasiyasına sövq etmək üçün ödəniləcək məbləğlərin artırılması mümkündür

Indir 2023 06 01T124634.770

“Vətəndaşları avtomobillərin utilizasiyasına sövq etmək üçün iqtisadi model yol verdiyi təqdirdə ödəniləcək məbləğlərin artırılması mümkündür”. “Qərb Xəbər” xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib. O bildirib ki, utilizasiyaya təqdim olunan avtomobil … Read more

Zakir Həsənov: “Azərbaycan yeni müasir silah və hərbi texnikalar alacaq”

Af90bd2c a342 3db7 8708 6c279bf0bf09

“Azərbaycan Ordusu yeni müasir silah və hərbi texnikalar alacaq”. “Qərb Xəbər” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə deyib. Dövlət başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan nazir bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 … Read more

4-cü siniflərdə monitorinq keçiriləcək

Birinci sinifler oxu 040119 (1)

İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Nazirlikdən “Qərb Xəbər”ə verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində … Read more

Şəmkirdə xuliqanlıq zəminində odlu silahdan atəş açılıb

Tufeng856

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq … Read more

Qaribaşvilinin Ukrayna bəyanatına ABŞ-dan cavab gecikmədi

İrakli Qaribaşvili..

ABŞ Dövlət Departamenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi ukraynalıların NATO-ya üzv olmaq istəyini göstərməsi ilə bağlı bəyanatına cavab verib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “Rusiyanın təcavüzü 2022-ci ildə başlamayıb, bu genişmiqyaslı işğal 2014-cü ildə Krım, Luqansk və Donetsk vilayətlərinin bir hissəsinin ələ keçirilməsinin davamı idi. Rusiya Ukraynanın NATO-ya … Read more

Stoltenberq: “NATO-nun 700 hərbçisi artıq Kosovoda yerləşdirilib”

1fdc3eb4 4a67 3639 bc27 df1895c6cc5c 850 (2)

“NATO-nun 700 hərbçisi artıq Kosovoda yerləşdirilib”. “Qərb Xəbər” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, bu, Alyansın Serbiya ilə Kosovo arasındakı münaqişənin dinc yolla həlli ilə bağlı vasitəçilikdən imtina etməsi anlamına gəlməməlidir. Qeyd edək ki, serblərin sıx yaşadığı Kosovonun Strpce şəhərində bələdiyyələrdə albanlar üstünlük təşkil edib. Bu həmin bələdiyyə … Read more

Qazax və Şəmkir rayonlarına dolu düşüb

Havallllllllllll

“Əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib”. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.   Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub: “Yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, … Read more

Əliyev-Paşinyan görüşünün saatı dəqiqləşdi

1685599103 cf28fe616c023ac92a59f0b941f8a7ea

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək. Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək. Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti … Read more

Ağstafada 3 otaqlı evdə yanğın olub

Modern.az yangin easa

Ağstafa şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 4 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb. “Qərb Xəbər” FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.