Bakı-Tbilisi-Bakı qatarında 5 yaşa qədər uşaqların gedişi pulsuz olacaq

Qatar tiflis

Azərbaycan Dəmir Yolları”nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə … Read more

Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Anar esedli

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qerbxeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub. Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirəcəyi adı ilə Oqtay Qasımovdan … Read more

Macarıstan Ukraynadan ərzaq idxalına qadağa qoydu

Macarıstan ukrayna

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib. Qerbxeber.com xəbər verir ki, Ukraynadan müəyyən növ kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı tədbirlər haqqında hökumət qərarı rəsmi qəzetdə açıqlanıb. Qaydalara əsasən, mal, donuz, qoyun, keçi və quş əti, yumurta, bal, tərəvəz, taxıl, un, bitki yağı, şərabın idxalına qadağa qoyulur. İdxal qadağası Macarıstan ərazisindən yalnız tranzit olaraq keçən … Read more

Rubio:ABŞ,Rusiya və Ukrayna danışıqlarından nəticə olmadığına görə çəkilib

00dc rubio mktz mediumsquareat3x

Hazırda Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar aparılmır”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, ABŞ nəticə olmadığı üçün bu formatda iştirakını dayandırıb. Rubio qeyd edib ki, indiyədək keçirilən görüşlər heç bir real irəliləyiş vermədiyindən Vaşinqton vasitəçilik prosesindən geri çəkilib. ABŞ dövlət katibi əlavə edib ki, gələcəkdə uyğun şərait yaranarsa, Vaşinqton yenidən danışıqlara qoşula … Read more

Gürcüstana gedənlər səyahət sığortasına nə qədər ödəyəcək?

Qatar tiflis

Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər. Qerbxeber.com xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər. Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib. Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı … Read more

Bakı-Tbilisi qatar reysinə bilet satışı başladı

Qatar minik

Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz. Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkətə başlayacaq.

“Bild”: Putinin üç böyük problemi

Putin yanğin

Ukraynaya qarşı Rusiyanın tammiqyaslı işğalı Rusiyaya yenidən supergüc statusu qaytarmalı idi, lakin müharibənin beşinci ilində Kremlin özü üçün fəlakətli problemə çevrilib. Bu barədə Almaniyanın “Bild” nəşri yazıb. Müharibədəki hazırkı vəziyyəti təhlil edən müəlliflər Putinin qarşısında duran və hələlik həlli görünməyən üç böyük problemi qeyd edirlər: “Birincisi, əsgər itkilərinin həddindən artıq çox olmasıdır. Qərb qiymətləndirmələrinə görə, … Read more

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizə yeni dəyər qatacaq-Mariam Kvrivişvili

Mariam Kvr

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti daha bir vacib nəqliyyat qovşağı olaraq Orta Dəhlizin dəyərini yüksəldəcək”. Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “İmedi” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlı olub. “Məmnunam ki, birgə səylərimiz nəticəsində Baş nazir İrakli Kobaxidzenin Azərbaycana … Read more

Azərbaycan nefti bahalaşdı

Neft (2)

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Qerbxeber.com xəbər verir ki, neftin 1 barelinin qiyməti 1.82 ABŞ dolları və ya 1.62% artaraq 114.14 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

“Bloomberg”: Hörmüz boğazının bağlı qalması 2008-ci il bohranını təkrarlaya bilər

Hörmüz

Hörmüz boğazında gəmiçiliyin avqusta qədər bərpa olunmaması qlobal iqtisadiyyatda 2008-ci il maliyyə böhranına bənzər resessiya riski yarada bilər. Qerbxeber.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rapidan Energy Group” konsaltinq şirkətinin analitik hesabatında bildirilib. Şirkətin baza ssenarisinə görə, boğazın iyul ayında yenidən açılması halında qlobal neft tələbatı gündəlik 2,6 milyon barel azalacaq, Brent markalı … Read more

Məhkəmə qərarı Türkiyə siyasətində fırtına qoparacaq-Asif Nərimanlı yazır..

Asif nerimanlı

Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələrinin ləğv edilməsi, Özgür Özəlin postundan uzaqlaşdırılması və Kılıçdaroğlunun rəhbərliyə qayıtmasının hadisələrin iki istiqamətdə inkişafına yön verəcəyi görünür. Birincisi, ana müxalifət partiyası daxilində parçalanmalar qaçılmaz olacaq. Artıq Kılıçdaroğlunun qayıdışına etiraz edənlər var. Məhkəmənin qərarını tanımayan Özəl və komandası vəziyyəti dəyişmək üçün yeni qurultay keçirmək və nəzarəti bərpa etmək … Read more

Mark Rutte Rusiyaya xəbərdarlıq etdi: Nəticələr dağıdıcı olacaq

Rutte

Əgər Rusiya nüvə silahından istifadə edərək Ukraynaya zərbə endirmək qərarına gələrsə, dağıdıcı nəticələrlə üzləşəcək. Qerbxeber.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib. “Onlar bilirlər ki, əgər bu baş versə, nəticələr dağıdıcı olacaq”, – deyə o bildirib. Qeyd edək ki, Belarusda Rusiyanın iştirakı ilə nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı … Read more

Makron İlham Əliyevə zəng vurub

Makron eliyev

Fransa Prezidenti Emmaneul Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial şəbəkəsində məlumat paylaşıb. “Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və … Read more

Azərbaycan-AB arasında 7-ci Təhlükəsizlik dialoqu keçirilib

Dial0q

Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. Qerbxeber.com xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana … Read more

ABŞ və İran razılığa gəldi-Təcili

ABŞ İran bayr

ABŞ və İran Pakistanın vasitəçiliyə ilə razılaşmanın yekun versiyası üzərində razılığa gəliblər.  Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə”nin Teleqram kanalı məlumat paylaşıb. Sənəddə bütün istiqamətlərdə dərhal və tam atəşkəs, infrastruktura hücumların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi yer … Read more

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

BMT müavin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib. WUF13-ün COP29-dan sonra iştirakçı … Read more

Özgür Özəl CHP sədrliyindən kənarlaşdırıldı, Kamal Kılıcdaroğlu sədrliyə geri qaytarılıb

özəl və kılıncdaroğlu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Qerbxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib. Bu … Read more

ABŞ İrana yeni müharibənin xəbərdarlığını etdi

Rubio teze

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazında rüsum rejimi tətbiq etməsinin diplomatik razılaşmanın əldə edilməsini qeyri-mümkün edəcəyini açıqlayıb. Rubio, danışıqlarda müəyyən irəliləyişin olduğu vaxt bunun prosesi poza biləcəyi barədə xəbərdarlıq edib. “Danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Amma biz bir qədər parçalanmış sistemlə, yəni İran rejimi ilə məşğuluq. Bununla belə, bir neçə görüş planlaşdırılıb. Bildiyim … Read more

Böyük Britaniya Kralı Prezident Əliyevə məktub ünvanladı

Kral IIIÇarlz

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Qerbxeber.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli … Read more